Bioqrafiya / Biography:



Nadir Qasımov Ələfsər oğlu.

Memar (Azərbaycan Memarlar İttifaqının Üzvü) - Architect (Member of the Azerbaijan Union of Architects)


1967ci il May ayının 11 də Azərbaycan Respublikasının Şəki şəhərində anadan olmuşam.
1984cü ildə Azərbaycan İnşaat Mühəndislər Universitetinin Memarlıq fakültəsinə qəbul olmuşam. 1985 ci ildə hərbi xidmətə çağırılmışam. 1987ci ildə hərbi xidmətimi yerinə yetirib təhsilimi davam etdirmişəm. 1991ci ildə institutu bitirmişəm. Həmin ildə Şəki şəhəri icra komitəsinin memarlıq şöbəsində fəaliyyətə başlamışam. Daha sonra müxtəlif özəl şirkətlərdə memarlıq fəaliyyətimi davam etdirmişəm.
Kifayət qədər təcrübə və bilik topladıqdan sonra müstəqil memarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasının qayda və qanunlarına müvafiq olaraq müstəqil memar fəaliyyəti göstərmək üçün xüsusi lisenziya alıb müstəqil memarlıq fəaliyyətinə başlamışam və bu gün də memarlıq fəaliyyətimi davam etdirirəm. Azərbaycanın demək olar ki bütün regionlarında və o cümlədən müxtəlif şəhərlərində həyata keçmiş layihələrin müəllifiyəm. Pinterest və Behance şəbəkələrində nümayiş etdiyim layihələrin hamısı tikilmiş, tikilməkdə olan və tikiləcək layihələrdir.




I was born in 11 May, 1967 in Sheki, Azerbaijan Republic.
I attended the Azərbaycan İnşaat Mühəndislər Universiteti- (Azerbaijan University of Construction and Architecture)'s Architecture faculty in 1984. I was conscripted in 1985, and finished my military duties in 1987, after which I continued my education that ended in 1991. In the same year, I started working in the architecture department of Sheki city's executive committee. With time, I worked at numerous private companies as an architect.
After achieving enough knowledge and experience, I received a special license to perform architectual activities in accordance with the rules and regulations of the Azerbaijan Republic. I continue my architectual activities today. I have projects in almost all regions of Azerbaijan and in other cities. The projects displayed in Pinterest and Behance are projects that have already been constructed, or is still being constructed today.